AZ

“Mənə çox təzyiq var” - Skarlet niyə sosial media hesabı açmır?

Hollivud ulduzu Skarlet Yohansson sosial media hesabının olmamasının səbəbini açıqlayıb.

Kulis.az xəbər verir ki, "The Outset" adlı gözəllik brendi olan aktrisanın dediyinə görə, brendin əməkdaşları və "Jurassic World: Rebirth" filminin prodüserləri onu sosial şəbəkələrə qoşulmağa razı salmağa çalışıblar:

"Bunu etməli olduğumu düşündüm və terapevtimlə danışmağa qərar verdim. Amma sosial media hesabı açmaq prinsiplərimə ziddir. Özümü necə ifadə edəcəyəm? Çünki gözləntilər çox böyükdür..."

Aktrisa "Universal Pictures"dən məktub aldığını da deyib:

“Onlar mənə "Jurassic World: Rebirth" filminin buraxılışı ilə bağlı instaqrama qoşulub-qoşulmayacağımla bağlı məktub göndərdilər. Sosial mediaya qoşulmaq üçün mənə çox təzyiq var".

Seçilən
1
kulis.az

1Mənbələr