AZ

Millimizin baş məşqçisi: “Futbolçulara hazırlıq zamanı oruc tutmağa icazə veriləcək”

"Mən buna çox hörmətlə yanaşıram".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Haiti ilə Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq matçından öncə məşqlərdə və oyunlar zamanı futbolçuların oruc tutmasına münasibət bildirib: "Əlbəttə ki, icazə veriləcək. Bu normaldır. Fikrimcə, bu cür məsələlərə hörmət etmək lazımdır. Çalışacağıq ki, mövcud duruma uyğun olaraq məşq saatları seçək və gündəliyimizi ona uyğun quraq. Fürsətdən istifadə edib, qarşıdan gələn bayramlar münasibətilə azərbaycanlıları təbrik etmək istəyirəm”.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr