Olaylar.az xəbər verir ki, bunu bu gün Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
"Burada bir neçə nəsilin liderləri müdrik, dərin fikirlərini, ideyalarını paylaşdığı yerdir. Bu beynəlxalq və regional məsələlər ətrafında qurulan bir forumdur. Bu məsələlər 2025-ci ildə xüsusilə əhəmiyyətlidir, çünki bu ili hamı keçid ili kimi görür, dəyişikliklər ili kimi görür. Hazırda dünya çox fərqli bir məkana çevrilir. Çoxtərəflilik qütbləşməyə yol açır, birgə təhlüksizlik sistemini sarsıdır", - o bildirib.
Onun sözlərinə görə, qarşıda olan çağırışların birgə öhdəsindən gəlmək lazımdır.
"Düşünürəm ki, bu il Qlobal Bakı Forumunda çox önəmli məsələlər müzakirə ediləcək, burada iştirak etmək mənim üçün böyük şərəfdir. Səmimi qəlbdən inanıram ki, Qlobal Bakı Forumu fikir mübadiləsi üçün gözəl məkan olacaq", - o bildirib.