AZ

Gərginlik bitdi: Qırğızıstanla Tacikistan sərhəd haqqında saziş imzalayıb

Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon dövlət sərhədi haqqında saziş imzalayıblar...

Poliqon xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əlavə, Qırğızıstan və Tacikistan iki ölkə arasında 2021-ci ildə kəsilən hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər.

Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir.

2024-cü ildə Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi baş verib. Batken vilayətinin (Qırğızıstan) Leylek rayonunun Ak-Bosoqo qəsəbəsi ərazisində sərhəd dəstəsi dövlət sərhədindən 250-300 metr aralıda mal-qara otaran tacik çobanlarını görüb. Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi bildirib ki, taciklər hərbçilərin tələblərinə məhəl qoymayıb və daş atmağa başlayıblar. Çobanlardan biri sərhəd naryadı istiqamətində bir neçə dəfə atəş açıb.

Tacikistan-Qırğızıstan sərhədinin 984 km-lik hissəsinin yalnız yarısı delimitasiya olunduğu üçün SSRİ-nin dağılmasından sonra iki dövlət arasında sərhəddə 230-dan çox silahdan istifadə hadisəsi baş verib. 2022-ci ildə xüsusilə şiddətli qarşıdurma səbəbindən 140 min insan təxliyə edilib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr