AZ

Meta rəhbərinin Ağ Ev səfəri

Finss.az - Meta Platforms-un baş direktoru Mark Zukerberq çərşənbə günü Ağ Evdə Tramp administrasiyasının nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı ABŞ-ın texnoloji sahədə liderliyinə dair müzakirələrin aparıldığı ehtimal edilir.

Məsələ ilə bağlı Meta-nın nümayəndəsi Endi Stoun açıqlama verib. O, Zukerberqin Ağ Evə səfərini təsdiqləməsə də, texnologiya sahəsindəki strateji məsələlərin müzakirəsi məqsədilə administrasiya ilə görüşlər keçirdiyini bildirib.

Bu görüşlərin konkret nələri əhatə etdiyi barədə rəsmi məlumat verilməsə də, Meta rəhbərinin ABŞ-ın texnoloji siyasətindəki rolu və süni intellekt, sosial media qaydaları kimi məsələlərin əsas müzakirə mövzusu ola biləcəyi düşünülür.

Seçilən
0
fins.az

1Mənbələr