AZ

Fernandu Santuş: “Biz gələcəyin milli komandasını qurmaq istəyirik”

"Haiti çox yaxşı, keyfiyyətli komandadır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis yoxlama oyununda qarşılaşacaqları Haiti millisini dəyərləndirib: "Rəqib FİFA reytinqində bizdən 30 pillə irəlilədir. Sadəcə danışıqlar aparıldı və seçildi. Biz gələcəyin milli komandasını qurmaq istəyirik. Bu komandanı təkcə qələbə qazanmaq üçün seçməmişik. Əgər elə bir niyyətimiz olsaydı, Monqolustanı seçərdik".

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr