AZ

Azərbaycan bu ölkələrdən heyvan idxalını kəskin artırıb – Sayı və qiymətlər


Bu ilin yanvar ayında Azərbaycana ümumi dəyəri 6 milyon 506,8 min dollar olan 7 min 646 baş iribuynuzlu heyvan idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal edilən bir baş iribuynuzlu heyvanın orta gömrük dəyəri 1 447 manat (851 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana builkindən 2,4 dəfə az – 3 min 128 baş iribuynuzlu heyvan gətirilib və onların da bir başının orta gömrük dəyəri 1 438 manat (846 dollar) təşkil edib.
Qeyd edək ki, iribuynuzlu heyvanlar Azərbaycana 3 ölkədən gətirilib. Yanvar ayında Rusiyadan 4 min 967 baş iribuynuzlu heyvan idxal edilib və bir başın orta gömrük dəyəri 1 820 manat olub. Bundan başqa, Qazaxıstandan 1 790 baş, Gürcüstandan isə 889 baş heyvan idxal edilib. Bu ölkələrdən gətirilən heyvanların bir başının orta gömrük dəyəri müvafiq olaraq 759 manat və 743 manat təşkil edib.
Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövründə də Azərbaycana Rusiya (2 276 baş) və Qazaxıstandan (852 baş) heyvan idxal edilib. Rusiyadan gətirilən iribuynuzlu heyvanların gömrük dəyəri 324 manat bahalaşıb, Qazaxıstandan gətirilən heyvanların gömrük dəyəri isə 526 manat ucuzlaşıb.

Murad Məmmədov
Seçilən
1
3
yeniavaz.com

4Mənbələr