AZ

Bu metalın qiyməti 17 min manata yüksələcək - Səbəb

Misin bir tonunun qiyməti yaxın üç ay ərzində 10 min dollara (17 min manat) yüksələcək. 

 

Sfera.az xəbər verir ki, belə bir proqnozla ABŞ-nin böyük investisiya banklarından olan “Citigroup” çıxış edib. 

 

“Citigroup” hesab edir ki, mis çatışmazlığı və ABŞ-nin yeni tarif siyasəti ilə bağlı qeyri-müəyyənlik bu metalın bahalaşmasına səbəb olacaq. 

 

Qeyd edək ki, misin hazırda qiyməti 4830 dollardır. İndiyə qədər mis ən yüksək qiymətə ötən ilin mayında satılıb. Həmin tarixdə misin dəyəri 5 min dollar idi. 

 

Vasif

Seçilən
1
sfera.az

1Mənbələr