AZ

BMT-nin Ali nümayəndəsi: Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb

Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) Ali nümayəndəsi Migel Anxel Moratinos XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.

M.A.Moratinos qeyd edib ki, forum nikbinlik və ümidə işarədir: “Beynəlxalq ictimaiyyət son 80 ildə görülməmiş dərəcədə parçalanıb. Dünya düzəni görülməmiş böhranlarla üz-üzədir. Qlobal Şimal və Qlobal Cənubda biz heç vaxt indiki qədər insan hüquqlarına təhdid, geriləmə görməmişdik”.

BMT rəsmisi hazırda dünyanın bir sıra nöqtələrində aktiv münaqişələrin hökm sürdüyünü vurğulayıb: 

“Bütün dünyada antisemitism, İslamofobiyanın artması dəhşət doğrurur. BMT-nin antisemitizmə qarşı tədbirlər planını təqdim etmişəm. BMT-nin İslamafobiyaya qarşı xüsusi elçisi təyin olunan kimi, mən İslamofobiya ilə bağlı iş, tədbirlər planı irəli sürəcəm”.

O, Prezident İlham Əliyevə onu qəbul etdiyinə görə minnətdarlığını bildirib.

Seçilən
10
1
report.az

2Mənbələr