AZ

İkinci Dünya müharibəsindən sonra ilk: 80 illik hegemonluq başa çatır

Son zamanlarda müşahidə olunan proseslər fonunda 80 ilə yaxın müddət ərzində dünyanın siyasi və hərbi münasibətlər sistemində vacib rol oynayan beynəlxalq qurumların indiki şərtlərə cavab vermədiyi, özünü doğrultmadığına dair fikirlər səsləndirilir.

İkinci Dünya müharibəsindən sonra yaradılan BMT, NATO, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s. kimi təşkilatların artıq heç bir funksionallığının qalmadığı bildirilir. Xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra NATO və BMT-nin əvvəlki təsirə malik olmadığına dair müzakirələr aktuallaşıb.

Sözügedən təşkilatların beynəlxalq arenada təsir imkanları hansı səviyyədədir? Bütün bu məlumatlar yeni dünya nizamının formalaşmasını zəruri edən amil kimi dəyərləndirilə bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı SSRİ-nin dağılmasının ardınca yeni bir mərhələyə keçid etdi:

"İkiqütblü dünya nizamına son qoyulsa da, mövcud siyasi institutların əksəriyyəti yeni mərhələdə də fəaliyyətini davam etdirdi. Xüsusilə də, BMT və NATO-nun nəzarətinin üstünlük təşkil etdiyi çoxqütblü beynəlxalq münasibətlər sistemində qurulmuş nizam ABŞ mərkəzli kollektiv Qərbin üstünlüyünü təmin edirdi. Belə ki, 11 sentyabr hadisələrindən sonra Amerikanın hegemonluğu bütün platformalarda bariz şəkildə müşahidə olunurdu. Sonrakı mərhələdə artıq beynəlxalq sistemin ikili standartları qlobal institutların fəaliyyətinə daha çox sirayət etməyə başladı ki, bu da mövcud düzənin sonunun başlanğıcı oldu.

ayten
Aytən Qurbanova

BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri kağız parçasına çevrildiyi halda, 24 saat ərazində icra edilənləri də var. Bu da imperialist maraqların BMT-nin qərar qəbuletmə mexanizmlərinə birbaşa təsir gücünün aydın təzahürüdür. Eyni tendensiya digər regional və beynəlxalq təşkilatlarda, həmçinin ən böyük hərbi-siyasi blok hesab edilən Şimali Atlantika Alyansının fəaliyyətində də təzahür edir. Alyans çəkindiricilik gücünü tədricən itirib. Deməli, artıq beynəlxalq münasibətlər sisteminin anarxik xarakteri faktiki olaraq qlobal institutların fəaliyyətini də iflic edib.

Nəticə etibarilə, yeni dünya nizamında bu təşkilatlar ya dərin islahatlar mərhələsindən keçərək yenilənməli, ya da yeni institusional qurumlarla əvəz edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr