AZ

Gəncədə qayda pozan sürücülər SAXLANILIB - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avtomobillərin səs avadanlıqları quraşdıran və görməni məhdudlaşdıran “Chevrolet” və “Opel” markalı avtomibillərin sürücüləri saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, həmin sürücülər barəsində protokol tərtib edilib nəqliyyat vasitələrində olan dəyişikliklərin aradan qaldırılması təmin edilib. 

Bundan başqa tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən  “Lada” və “KİA”” markalı avtomobillərin sürücüləri barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin sürücülər inzibati məsuliyyətə cəlb olunub. 

Davam etdirilən profilaktik tədbirlər zamanı Gəncə şəhərində bir qrup sürücünün avtomobilləri dövlət qeydiyyat nişanı olmadan və yaxud saxta nişanlardan istifadə edərək idarə etdiyi müəyyən olunub. 
Həmin sürücülər də saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

FOTO QALEREYA
Seçilən
2
avtosfer.az

1Mənbələr