Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində kazarmalara hücuma cəhd edib.
Bu barədə SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib və dörd yaraqlını saxlayıblar.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb, hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.