AZ

Beyləqanda xəsarət alanların SON DURUMU

Xəbər verdiyimiz kimi, 12.03.2025-ci il saat 17:00 radələrində Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Nəticədə Quliyev Sücəddin Şahmurad oğlu, Qurbanov Qəhrəman Ramin oğlu, Əliyev Ravin Mübah oğlu, Xəlilzadə Taleh Elşən oğlu, Bəndəlizadə Hüseyn Qasım oğlu və Məmmədov Murad Malik oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2 nəfər zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Onların vəziyyətlərinin stabil olduğu deyilir.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr