AZ

London-Moskva böhranı dərinləşir: İngiltərədən Rusiya ilə bağlı qərar

Rusiyanın iki britaniyalı diplomatı ölkədən çıxarmasından sonra Böyük Britaniya da buna cavab olaraq bir rus diplomatı və onun həyat yoldaşını Rusiyanın Londondakı səfirliyindən qovması iki ölkə arasında  gərginliyi pik həddə çatdırıb.

Ölkə.Az xəbər verir ki,  Britaniya Xarici İşlər Nazirliyi Moskvanın addımına cavab olaraq bir rus diplomatı və həyat yoldaşının Londondakı Rusiya səfirliyindən qovulduğunu açıqlayıb.

Rusiyanı Böyük Britaniyanın Moskvadakı səfirliyini bağlamağa fəal cəhd göstərməkdə ittiham edən nazirlik, Rusiyanın iki ölkə arasında gərginliyi artırdığını və Rusiyanın Londondakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Qeyd edək ki, martın 10-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Alkeş Odedranın və səfirliyin siyasi şöbəsinin birinci katibi Təbəssüm Rəşidin əri Maykl Skinneri İngiltərə kəşfiyyatına işləməkdə ittiham edərək Rusiyada akkreditasiyasının ləğv edərək iki həftə ərzində ölkəni  tərk etmələri barədə qərar verib.

Mürtəza
Ölkə.Az

Seçilən
14
olke.az

1Mənbələr