AZ

Azərbaycanın iki cüdoçusu Tbilisidə seçilmişlər arasında

Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iki azərbaycanlı cüdoçu seçilmişlər arasında yer alacaq.

İdman.biz xəbər verir ki, idmançılarımızdan ən yüksək yerə hazırda öz çəkisində dördüncü olan Rəşad Elkiyev (66 kq) malikdir.

Həmçinin seçilmişlər arasında ilk "səkkizliy"i tamamlayan Aydan Vəliyeva (52 kq) da var.

Beləliklə, onlar ilk görüşlərdə reytinqi daha aşağı olan rəqiblərlə qarşılaşa və ya yarışa ikinci mərhələdən başlaya bilərlər.

Turnirdə ümumilikdə 14 idmançımız çıxış edəcək. Gürcüstan paytaxtında tatami üzərinə həmçinin Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Nazir Talıbov (66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (48 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) çıxacaq.

Qeyd edək ki, martın 21-23-də keçiriləcək "Böyük Dəbilqə" yarışında 52 ölkədən komandalar qeydiyyatdan keçiblər.

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr