Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı torpaqların qanunsuz satışı ilə bağlı yeni cinayət ittihamı irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, o, Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı ilə bağlı külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir:
“Əslində, bu torpaqlar panteondan kifayət qədər uzaqda yerləşir və onun adı yəqin ki, mənfi ictimai rezonans yaratmaq üçün istifadə olunur. Torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün bu yerdə Çin diplomatik missiyası yerləşir. Bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki rəsmi Pekin hazırda səs-küylü cinayət işinə cəlb edilir”.
Qeyd edək ki, proses çərçivəsində Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub.