AZ

İftarda bunu edən "YANDI" - Ciddi xəstəliyə yol açır 

  Ramazan ayında bir çox insanın etdiyi səhvlərdən biri iftarda tez və intensiv yemək yeməkdir.

Qastroenterologiya mütəxəssisi, həkim Özgür Harmancı bununla bağlı xəbərdarlıq edib.

Mütəxəssis vurğulayıb ki, oruc zamanı mədə turşusu boş mədə ilə uzun müddət təmas edir. İftarda mədə ağır yeməklərlə yüklənərsə, bu, reflüks şikayətlərini artırır. Ona görə də, xüsusilə imsak və iftarda turşu, ədviyyatlı və yağlı qidalardan uzaq durmaq lazımdır.

“İftarda birdən-birə böyük porsiyalar qəbul etmək mədə turşusunu artırır və reflüks xəstəliyinə yol açır. Bundan əlavə, yatmazdan əvvəl qida və turşulu mayelərin qəbulu reflüks şikayətlərini artıra bilər. Ona görə də imsakdan ən az 1 saat əvvəl yeməyi bitirmək vacibdir. Bundan əlavə, Ramazan ayında su istehlakının azalması və lifli qidaların qeyri-kafi qəbulu qəbizlik şikayətlərini artırır. Xüsusilə iftarda sürətli yeməkdən çəkinmək lazımdır. Bağırsaqların nizamlı işləməsi üçün iftar və imsakda liflə zəngin tərəvəzlər və taxıllı qidalar istehlak edilməlidir. İftardan sonra hərəkət etmək də həzmi dəstəkləyir” - həkim qeyd edib.

Harmancı bildirib ki, Ramazan ayında bir çox insan iftardan sonra dəfələrlə çay və qəhvə içir, lakin bu vərdiş bədəndə suyun azalmasını təmin edir və susuzluğu tətikləyir:

“Gün ərzində susuz qalan orqanizm üçün ən vacib şey su istehlakıdır. Çay və qəhvə sidikqovucu təsirinə görə bədəndən mayenin çıxarılmasına səbəb olur. İftarla imsak arasında ən azı 8-10 stəkan su içməyə diqqət yetirilməlidir".

Həkim Ramazan ayında mədə və bağırsaq sağlamlığını qorumaq üçün məsləhətlər də verib:

“İftarınızı yüngül şorba və xurma kimi asan həzm olunan qidalarla açın. Əsas yeməyə keçməzdən əvvəl ən azı 10 dəqiqə gözləyin və qidanı yavaş-yavaş çeynəyin. Yağlı və ədviyyatlı qidalardan uzaq durun, mədəni yormayan yeməkıərdən istifadə edin. İmsakdan imtina etməyin, zülallı və lifli qidaları seçin. İftardan sonra yüngül gəzintilər edərək həzmi dəstəkləyin. Ramazanda pəhrizin dəyişməsi bir çox insanda mədə və bağırsaq xəstəliklərinə səbəb ola bilər. Xüsusilə uzun sürən, yağlı və ağır iftar yeməklərindən sonra sürətli yemək və kifayət qədər maye istehlak etməmək reflüksdən həzmsizliyə, mədə yanmasından qəbizliyə qədər bir çox həzm probleminə səbəb ola bilər”.


Seçilən
0
1
referans.az

2Mənbələr