AZ

“Pokemon Go”nun yaradıcısı oyun biznesini $3,5 milyarda satır

Mobil oyun sənayesində mühüm bir razılaşma baş tutub. Kaliforniyada yerləşən Scopely şirkəti "Pokémon Go", "Pikmin Bloom" və "Monster Hunter Now" oyunlarını satın alıb. Şirkət bu oyunların əvvəlki sahibi olan Niantic-in oyun portfelini 3,5 milyard dollara əldə etdiyini açıqlayıb.

Logistika nəhəngi 8000 işçini ixtisar edəcək

FED.az xəbər verir ki, Niantic-in oyunları 2024-cü ildə 1 milyard dollar gəlir gətirib. "Pokémon Go" isə 2016-cı ildən bəri ən populyar mobil oyunlar sırasında yer alır. Oyunçular – yəni məşqçilər, real dünyada gəzərək Pokémon tuturlar və döyüşlər aparırlar. İndiyə qədər bu oyun 30 milyard mil məsafə qət edən oyunçular tərəfindən oynanılıb və hazırda həftəlik 20 milyon aktiv istifadəçiyə malikdir.

Ötən ay Los-Anceles və Orinc dairələrində 253 min insanın iştirakı ilə virtual "Pokémon Go" tədbiri keçirilib. Bu, oyunun buraxılışından demək olar ki, on il sonra belə hələ də böyük maraq gördüyünü göstərir.

Mobil oyun bazarı ümumilikdə 2024-cü ildə 82 milyard dollar gəlir əldə edib, bu da 2023-cü illə müqayisədə 4% artım deməkdir. İnsanlar az oyun yükləsələr də, mövcud oyunlara daha çox vaxt və pul sərf edirlər.

Scopely şirkətinin baş gəlir direktoru Tim O'Brien bildirib ki, "Pokémon Go" kimi uzunömürlü və böyük miqyaslı oyunlar çox nadirdir. Şirkət bu uğurun davam etməsini təmin etmək niyyətindədir. Oyunun inkişaf komandasına rəhbərlik edən Ed Wu da yeni sahiblik strukturunu müsbət addım kimi qiymətləndirib.

Scopely, həmçinin "Campfire" və "Wayfarer" oyunlarını da əldə edib. Şirkət artıq "Monopoly Go", "Marvel Strike Force" kimi məşhur oyunlara sahibdir.

Digər tərəfdən, San-Fransiskoda yerləşən Niantic şirkəti öz texnologiyalarını əlində saxlayacaq və süni intellekt sahəsində fəaliyyət göstərən yeni bir şirkət – Niantic Spatial Inc. yaradacaq. Bu şirkət, real dünya ilə maşınların qarşılıqlı əlaqəsini inkişaf etdirmək üçün yeni texnologiyalar üzərində işləyəcək. Bundan əlavə, Niantic "Ingress Prime" və "Peridot" oyunlarını da özündə saxlayacaq.

Seçilən
1
fed.az

1Mənbələr