AZ

"Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik"

 

Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər.

Missiya.Az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

Şimali Makedoniya Prezidenti qonaqpərvərliyə görə Azərbaycana, forumda iştirak etmək üçün dəvətə görə isə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.

"Azərbaycan odlar, Şimali Makedoniya isə günəşli ölkələrdir, bu, bizi yaxınlaşdırır. Bundan əlavə, hər iki ölkə 1991-ci ildə müstəqillik qazanıb", - o qeyd edib.

Siyasətçi, həmçinin vurğulayıb ki, Azərbaycana səfəri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə bir çox məhsuldar görüşlər keçirib: "Bu, əlaqələrimizi daha da möhkəmləndirməyə imkan verəcək. Həmçinin bugünkü konfrans haqqında bir neçə söz demək istərdim - o çox vacibdir, çünki dünya bir çox çağırışlarla üzləşir".

Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Seçilən
12
missiya.az

1Mənbələr