AZ

Prezident İlham Əliyev: Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir

Bakı. Trend:

Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizəapardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağızüzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azadetməsəydik, növbəti 27 il də belə qalacaqdı.

Trend xəbərverir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal BakıForumunun açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq,ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürükki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçünsiyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr özresurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsiüçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildənetibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O orduəraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə,ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinkiAzərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu,beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavəedib.

Seçilən
0
27
az.trend.az

10Mənbələr