Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk matçda 2:1 hesabı ilə yenildiyi "Real Madrid"ə oyunsonrası penalti seriyasında uduzaraq (1:0, penaltilər 2:4) mübarizəni dayandıran "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Əlbəttə, hamımız üzgünük. Finalda oynamaq istəyirdik. Komanda bütün gücünü meydanda qoydu. Azarkeşlərimiz dünən də bizimlə olublar, bu gün də bizimlədilər. Hə, biz Çempionlar Liqasında "Real"ı yenə bilmədik, amma mən sakitəm. Hər iki oyunda onlara əziyyət verdik. "Real" qələbəyə sevinsə də, bizimlə asan olmadığını unutmayacaq".
Qeyd edək ki, "Real" 1/4 finalda "Arsenal" ilə qarşılaşacaq.
Nihat