AZ

BMT-nin Cenevrədəki ofisinin Baş direktoru: Biz daha inklüziv dünya qura bilərik

Dünya düzəni ilə əlaqdar əməkdaşlıq dərinləşməlidir, məhz bu halda çağırışları qarşılaya, problemləri həll edə bilərik.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya bildirib.

Tatyana Valovaya deyib ki, qlobal rəqəmsal razılaşma beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar vəd edir: “Vətəndaş cəmiyyəti və özəl sektoru da sıx əməkdaşlığa cəlb etməliyik. Biz çoxtərəfli əməkdaşlığa sadiq qalırıq. Biz bu Forum çərçivəsində dünya düzəninə təsir göstərən məsələlərin müzakirəsinə çağırırıq. Biz daha inklüziv dünya qura bilərik”.

Seçilən
9
1
apa.az

2Mənbələr