AZ

Santuş: “Gördüyüm işlə qane oluram, amma nəticələrlə xeyr”

Azərbaycan millisinin baş məşqçisi Fernando Santuşun mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

– Haiti millisini seçmək kimin fikri idi?
– Əlbəttə, rəqiblərimizi AFFA tərəfdən müzakirə aparılaraq seçilir. Haiti çox yaxşı oyunçulardan ibarət millidir. Yaxşı çempionatlarda oynayırlar.

– Əgər Emin Mahmudov zədəli olmasaydı heyətə çağırılacaqdı?
– Bəli. Bir sıra oyunçular oldu ki, həkim raportlarına görə cəlb edə bilmədik. Ceyhun Nuriyevlə Emin də bura daxildir.

– Legioner limitinə bağlı fikirləriniz necədir?
– Gözləmək lazımdır. Yalnız limit ləğv olunmayıb, komanda sayı da artırılıb.

– Haiti və Belarusdan başqa alternativ variantlar var idi?
– Mənim təklif etdiyim proqrama uyğun millilər bunlar oldu. Bir şeyi də unutmayaq ki, hazırki milli fasilə UEFA turnirinə düşür. ONa görə də çoxu rəsmi oyunlar keçirəcək. Çox az milli seçimi qalmışdı.

– Azərbaycanda müqəddəs Ramazan bayramıdır. Toplanış zamanı futbolçulara oruc tutmağa icazə veriləcək?
– Əlbəttə. Belə şeylərə hörmətlə yanaşmaq lazımdır. Çalışacağıq ki, buna uyğun məşq saatları seçək. Qarşıdan bayramlar gəlir. Fürsətdən istifadə edib hər kəsin Novruz bayramını təbrik edirəm.

– I liqadan yalnız bir futbolçu dəvət etdiz. Bu oyunçuların keyfiyyətinin aşağı olmasına görədir?
– Ümumi götürdükdə, həm əvəzedicilər, həm də U-17-nin oyunlarını izləmişəm. Bir neçəsi diqqətimi çəkib. Sadəcə bu əsas millidir. Hamını dəvət etmək olmaz. Əsas milliyə dəvət olunan gənclərə təcrübəli futbolçular öz bildiklərini aşılamalıdır. Onlara millinin vacibliyini hiss etdirməlidirlər. Yaşından asılı olmayaraq, millinin qapıları hər bir azəebaycanlı oyunçu üçün açıqdır.

– Azərbaycan millisi Santuşun gəlişindən sonra qələbə qazana bilməyib. Haiti isə nisbətən zəif rəqibdir. Onlara qarşı xüsusi bir hazırlığınız var?
– Haiti millisi reytinqdə bizi 30 pillə qabaqlayır. Əgər sırf qələbə üçün milli komanda seçilsəydi, daha aşağı sıralardakı millilərin biriylə qarşılaşardıq. Qələbə qazanmaq istəyirik. Amma hazırki durumda gələcəyin heyətini qurmağa çalışırıq. Əgər qələbə qazanmaq üçün seçim etsəydik, Monqolustanı seçərdik.

– Məşqçi kimi öz fəaliyyətinizdən razısız?
– Gördüyüm işlə qane oluram, amma nəticələrlə xeyr.

– Əgər sizin bu nəticəniz vətəniz Portuqaliyada yoxsa başqa ölkədə baş tutsaydı, sizi futboldakı yoxsa hərbidəki topla atəşə tutardılar.
– Mən Portuqaliya ilə Avropa çempionu olmuşam. Portuqaliya uzun illər heç bir nəticə qazanmayıb. Daha sonra aşağı yaş milli üzrə fəaliyyətə başlanıldı. Hər şey fundamental hazırlıqdan başlayır.

– Bildirmişdiz ki, AFFA-nın nəznində baza qurulacaq. Bu yöndə işlər gedir?
– Bunun üzərində çalışırıq. Tez bir zamanda olacaq proses deyil. Bu, Azəebaycan üçün çox vacibdir. Mənim yerimdə sabah kimin olmasından asılı olmayaraq, bu baza olmasa nəticələr əldə etmək çətin olacaq. Əgər istəyiriksə, Azərbaycan millisi gələcəkdə layiqli rəqabət aparsın, o zaman bunu etməliyik. Nəticələrlə bağlı hər birinizi başa düşürəm. Mənim funksiyam odur ki, milli komanda üçün əlimdən gələnin ən yaxşısını edim.

– Komandanın kapitanı və vitse-kapitanları kim olacaq?
– Kapitan Bədavi olacaq. Vitse-kapitanlara qarşıdakı günlərdə baxacayıq.

Mirkamal

Seçilən
0
futbolpress.az

1Mənbələr