AZ

Azərbaycanda son 6 ildə əməkhaqqı fondu 3 dəfəyə yaxın artıb

2024-cü ildə Azərbaycanda əməkhaqqı fondu 23,9 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, bu, 2018-ci illə müqayisədə 2,5 dəfə çoxdur: "O cümlədən qeyri-dövlət və qeyri-neft-qaz sektorunda 2,7 dəfə artım müşahidə edilib", - deyə o qeyd edib.

Seçilən
1
4
report.az

10Mənbələr