AZ

Beyləqanda baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU

Beyləqanda baş verən qəzanın təfərrüatı məlum olub.

Bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a məlumat verib.

"Martın 12-də saat 17:00-da Füzuli rayonu, Əhmədbəyli kənd sakini Qəhrəman Qurbanov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Beyləqan rayon sakini Hüseyn Bəndalızadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Qəhrəman Qurbanovun sərnişini, Füzuli rayonu, Zobçuq qəsəbə sakini 1999-cu il təvəllüdlü Ravin Mübah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev məlumatda qeyd edib.

Seçilən
6
demokrat.az

1Mənbələr