AZ

Çaydan qanunsuz qum-çınqıl daşıyanlar saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 6 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Seçilən
1
3
yenicag.az

7Mənbələr