AZ

Patruşev: NATO Rusiya boru kəmərlərinə daha aktiv hücum etməyi planlaşdırır

NATO Rusiya sualtı boru kəmərləri, tankerləri və yük gəmilərinə qarşı hücumlarını artırmaq niyyətindədir. 

Far.Az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib. 

Onun sözlərinə görə, 2024-cü ilin sonlarından etibarən "Baltik Mühafizəçisi" əməliyyatı çərçivəsində Baltik dənizinə əlavə qüvvələr yerləşdirilib. Bu addım, guya, artan diversiyalara qarşı mübarizə üçün atılıb.

Patruşev vurğulayıb ki, ekspertlər NATO ölkələrinin özlərinin bu qəza və fövqəladə hadisələrin təşkilatçısı, maliyyəçisi və icraçısı olduğuna inanmağa meyllidirlər.

Məlumata görə, NATO-nun dəniz qüvvələri Rusiya sualtı boru kəmərlərinə, neftdaşıyan gəmilərinə və yük gəmilərinə qarşı terror fəaliyyətini daha da gücləndirməyi planlaşdırır.

Seçilən
6
far.az

1Mənbələr