AZ

Rusiyanın sülh danışıqları üçün ŞƏRTLƏRİ

Ukrayna qoşunlarının Donetsk və Luqanskdan, Xerson və Zaparojye vilayətlərindən tam çıxarılması, həmçinin NATO-ya üzv olmaqdan imtina ilə bağlı rəsmi bəyanat sülh danışıqlarının başlanması üçün şərt olaraq qalır.

News24.az xəbər verir ki, bu barədə “İzvestiya”ya vəziyyətlə tanış olan mənbə bildirib.

Rusiya XİN-in Kiyev hakimiyyətinin cinayətləri üzrə xüsusi təyinatlı səfiri Rodion Miroşnik isə bildirib ki, Rusiyanın nizamlamaya yanaşmalarında hazırda heç nə dəyişməyib.

Qeyd olunub ki, Rusiya və ABŞ yaxın vaxtlarda Ukrayna ilə bağlı danışıqlar aparacaq:

“Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun Rusiya ilə təmasları gözlənilir”./Axar.az


Seçilən
2
1
news24.az

2Mənbələr