AZ

“AzInTelekom” barəsində cərimə protokolu yazıldı –SƏBƏB

“AzInTelekom” MMC (Azerbaijan İnternational Telecom) ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “AzInTelekom” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“AzInTelekom” MMC ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 17 mart tarixində hakim Babək Pənahovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur. O, 2022-ci ilin əvvəlindən bu vəzifədədir.

Nigar

Seçilən
0
tribunainfo.az

1Mənbələr