Böhranlar həm də imkanlar yaradır.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin bildirib.
O deyib ki, Forum həssas bir dövrdə keçirilir: “Qlobal Bakı Forumu hər zaman rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalıb. Prezident İlham Əliyevə təşəkkür edirəm, hər zaman bizə dəstək verib”.