1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kanadanın seçilmiş baş naziri Mark Karninin inaqurasiyası martın 14-nə planlaşdırılıb. Bu tarixdən sonra o, hökumətə rəhbərlik edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.
Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, martın 9-da Karni Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib. Partiyadaxili səsvermənin nəticələrinə əsasən, o, partiya üzvlərinin 85,9%-nin səsini qazanıb.