AZ

Paşinyanın arvadı ilə bağlı ŞOK İDDİA: Qohumları .... 

  Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qohumu, Gümrü Ağsaqqallar Şurasına keçirilən növbədənkənar seçkilərdə hakim “Vətəndaş sazişi” partiyasının namizədlər siyahısında ikinci yerdə olan Vahan Mkrtiçyan saxta sənəd hazırladığı iddia olunub.

Bu barədə yerli "168.am" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, ötən ilin dekabr ayının əvvəlində Paşinyanın həyat yoldaşının xalası nəvəsi, keçmiş Gümrü merinin müavini və hazırkı seçkilərdə namizəd olan Vahan Mkrtiçyan qonşusu ilə mübahisəyə qarışıb. Gümrünün Mayakovski küçəsi, 75 ünvanında yaşayan Qaqik Arutyunyan polisə və prokurorluğa müraciət edərək bildirib ki, onun və dünyasını dəyişmiş əmisi oğlunun adından saxta sənəd tərtib edilib. Həmin sənədə əsasən, evin bir divarı qonşuya məxsus elan edilib. Həmin qonşunun isə Gümrü merinin müavini Vahan Mkrtiçyanın ailəsi olduğu bildirilir.

Qaqik Arutyunyan iddiasını sübut edən sənədlər təqdim edib.

Vahan Mkrtiçyanın Gümrüdə mer müavini olduğu dövrdə Anna Akopyanın himayəsi altında saxta sənəd hazırladığı ortaya çıxıb./Musavat.com



Seçilən
4
referans.az

1Mənbələr