AZ

Goranboyda it 64 yaşlı qadını ağır yaraladı - Yenilənib

Goranboy rayonunda it qadına ağır xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

64 yaşlı A.Kərimova həyətində saxladığı itin hücumuna məruz qalıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi bildirilib.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda qadının müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır:

“Bu gün saat 09:00 radələrində 1962-ci il təvəllüdlü qadın it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.

Yunis Quliyev

Seçilən
0
1
qafqazinfo.az

3Mənbələr