“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Referans.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri müdafiə çıxışı ediblər.
Onun vəkili Faiq Nəcəfov qeyd edib ki, “Formula-1” yarışlarının təşkili zamanı alınan 621 min 671 manatlıq mallar gömrük orqanları tərəfindən yoxlanılıb və Bakı şəhəri Halqası Şirkətiə təhvil verilib. Vəkilin sözlərinə görə, malların qiymətləndirməsi ilə bağlı ekspertiza rəyi ilə razılaşmır, qiymətlər şişirdilib: "Biz məhkəmə tərəfindən gömrük bəyannaməsinin nəzərə alınmamasını xahiş edirik. Bundan başqa şahid ifadələri ilə məlum oldu ki, marşal postlarının düzəldən şəxs 3 min, 4 min pul alıb. Həmin şəxslər məhkəmədə verdiyi ifadələrində Çingiz Mehdiyevi tanımadıqlarını göstəriblər. Əlaqələri olmaması faktı ortaya çıxıb".
Vəkil həmiçin onu da əlavə edib ki, “Formula-1” yarışlarının təşkilində Çingiz Mehdiyevin rolu olub, yarışların təşkilində mühüm rol oynayıb, müsbət işlər görüb.
Vəkil deyib ki, bununla bağlı Çingiz Mehdiyev təltif olunub, uğurlu işləri görməsi qiymətləndirilib: "Bu işə nəzər yetirəndə məlum olur ki, bu işin bu yerə çatması ailə münaqişəsi ilə bağlı olub. Keçmiş həyat yoldaşı övladının ona verilməsini istəyib, Çingiz isə 17 yaşlı bir uşağın heç nəyə məcbur edə bilməyəcəyini deyib. Bundan sonra Çingiz Mehdiyevin barəsində mənfi rəylər formalaşdırıb".
Vəkil ilk olaraq bəraət hökmünün çıxarılmasını istəyib. Onun sözlərinə görə, əgər bu mümkün olmasa ziyanın ödənilməsini əsas gətirilməsini, cinayət işini xitam verilməsini istəyib.
Vəkil həmçinin deyib ki, elektron məhkəmə sisteminə Cinayət Məcəlləsinin 179-cü maddəsi üzrə ziyanın tam ödənilməsi barədə qəbz yerləşdiriblər, buna görə də həmin maddə üzrə cinayət təqibinə xitam verilməsini istəyiblər.
Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasına məxsus şirkətlərin hesabına köçürülən pulların leqallaşdırılması kimi qəbul edilməsi düzgün deyil, çünki həmin pullar şirkətin özünə məxsus olub.
Vəkil əlavə edib ki, Çingiz Mehdiyevin anasına məxsus olduğu şirkət tərəfindən heç bir zərər vurulmayıb, alınan mallar təhvil verilib. Onun sözlərinə görə, onlar pulun leqallaşırılması ittihamını qəbul etmirlər.
Beləliklə Çingiz Mehdiyev 397 min 892 manat mənimsəmə və israf etmə ilə bağlı ziyan tam ödənilib.
Çingiz Mehdiyevin digər vəkili də həmkarı ilə razı olduğunu deyib.
Dövlət ittihamçısı Orxan Səmədov həmin sənədlərlə tanış olduğu deyib və bəzi məsələləri dəqiqləşdirmək üçün bir saat vaxt istəyib.
Bu səbəbdən hakimlər prosesdə bir saat fasilə elan ediblər.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin dəyişdirilməsinin, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxsin əmlakların üzərinə xüsusi müsadirə olunması barədə həbs qoyulub, məhkəmə hökm çıxaran zaman bu məsələni də həll etməlidir.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.
İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
İttihamda göstərilir ki, İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.
Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1.436..735,18 manatı köçürməklə leqallaşdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta