“Şimal” qoşunlar qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən azad edilməsi üzrə əməliyyatın yekun mərhələsinə daxil olduğu arədə məlumat verib.
Modern.az xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin Kursk vilayətindəki komanda məntəqələrindən birinə səfəri zamanı “Şimal” qrupunun komandirinin və Şimal” qrupunun komandir müavininin əməliyyatın gedişi, habelə əməliyyatın Kursk vilayətinin ora daxil olmuş düşməndən azad edilməsinin yekun mərhələsinə daxil olması barədə məruzələrini dinləyib”, – Pekov deyib.
Putin bir gün əvvəl, martın 12-də axşam saatlarında Kursk vilayətindəki komanda məntəqələrindən birinə baş çəkib. O, nəhayət, bölgədə Ukrayna Silahlı Qüvvələrinin tezliklə məğlub edilməsi və təhlükəsizlik zonasının təmin edilməsi vəzifəsini qoyub. Dövlət başçısı Kursk əməliyyatında iştirak edən bütün hərbi qulluqçulara minnətdarlıq sözlərini çatdırmağı xahiş edib, Ukrayna Silahlı Qüvvələrinin və əcnəbi muzdluların hərəkətlərinin terror xarakteri daşıdığını bildirib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib ki, Kursk vilayətində Ukrayna qruplaşması təcrid olunub, onun sistemli şəkildə məhv edilməsi davam edir.