Dünya şöhrətli reper və iş adamı Jaу-Zini (əsl adı Şon Karter) təcavüzdə ittiham edən qadın böhtan atdığını etiraf edib. Belə ki, ötən ilin dekabrında bir qız məhkəməyə müraciət edərək bildirib ki, Cey-Zi hazırda həbsdə olan həmkarı P.Diddi (əsl adı Şon Kombs) ilə 2000-ci ildə, hələ 13 yaşında olarkən, bir məclisdə ona təcavüz edib.
OLAY yazır ki, cəmi üç ay sonra “qurban” iddiasını geri götürüb.
Bu gün “ABC News” jurnalistləri Jay-Z-nin “qurbanı” ilə onun iki nümayəndəsi arasında söhbətin səs yazısını əldə etdiklərini açıqlayıblar.
Qız etiraf edib ki, ulduz vəkil Toni Buzbi onu məhkəməyə verməyə məcbur edib.
Jay-Zinin onu təhqir edib-etmədiyini soruşduqda, o, açıq şəkildə “yox” cavabını verib və vəkilinin onu iddiaları irəli sürməyə məcbur edib-etmədiyini soruşduqda, o, açıq şəkildə “bəli” cavabını verib.
Buzbi müdafiəçisinin bu açıqlamalarını “açıq-aşkar yalan” adlandırıb.