Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” platformasının proqramı çərçivəsində “Effektiv kommunikasiya” mövzusunda ilk təlim-sessiya təşkil olunub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlimin əsas məqsədi tələbələrin yumşaq bacarıqlarını inkişaf etdirmək, ünsiyyət qabiliyyətlərini gücləndirmək və onları gələcək karyera həyatına daha hazırlıqlı etməkdir. Təlim zamanı təcrübəli təlimçilər tələbələrlə interaktiv müzakirələr apararaq effektiv ünsiyyətin vacibliyini vurğulayıblar, tələbələrə uğurlu karyera üçün önəmli olan metod və yanaşmalar haqqında geniş məlumat veriblər.
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.


