Bakı. Trend:
Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olandostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlıəməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktursahələrində özünü göstərir.
Trend xəbərverir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti BayramBeqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti deyib: “Mən bu dostluq münasibətlərinixalqlarımızın rifahı naminə davam etdirməyə və möhkəmləndirməyəsadiqəm. Bu, gələcəyimizi vətəndaşlarımızla, qonşularımızla,coğrafi ərazi baxımından yaxınlıqdan asılı olmayaraqtərəfdaşlarımızla birlikdə qurmağa imkan verəcək. Bu foruma sülh,təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformaolduğuna görə təşəkkür edirəm”.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.