Bakı, 13 mart, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin martın 14-də Gəncədə keçirilməsi nəzərdə tutulan vətəndaş görüşünün vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.