AZ

Kanadanın yeni baş naziri sabah and içəcək

Kanadanın növbəti baş naziri Mark Karni sabah - martın 14-də and içəcək və hökumətə rəhbərlik edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, andiçmə mərasimi Kanadanın general-qubernatoru Meri Saymonun iqamətgahında baş tutacaq. Karniyə onun kabinetinin üzvləri də qoşulacaq, lakin yeni hökumətin tərkibində kimlərin olacağı hələlik bəlli deyil.

Hazırkı baş nazir Castin Trüdo isə mərasimdən əvvəl istefa verəcək.

Martın 9-da Kanadanın hakim Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib. O, hazırda oktyabrın 20-nə təyin edilmiş növbəti parlament seçkilərinə qədər yeni baş nazir olacaq. Ola bilər ki, Karni növbədənkənar seçkilər təyin edə bilər. Daha əvvəl Trüdo hakim partiyanın sədri vəzifəsindən istefa verəcəyini və baş nazir postundan gedəcəyini demişdi. Trüdo 2015-ci ildən baş nazir vəzifəsini icra edir.

Seçilən
0
1
modern.az

6Mənbələr