AZ

Məşhur türkiyəli aktyor infarkt keçirdi

Türkiyəli aktrisa Dəniz Uğur əri, aktyor Erdinç Gülənərin infarkt keçirdiyini açıqlayıb.

7News.Az Türkiyə mətbbuatına istinadən xəbər verir ki, 2021-ci ildə aktrisa Deniz Uğurla ailə həyatı quran aktyor Erdinç Gülənərin psixi pozğunluq yaşadığı məlum olub.

Dəniz Uğur üzücü xəbəri sosial media hesabında paylaşdığı fotoilə izləyicilərinə çatdırıb:

"Həyat yoldaşım infarkt keçirdi, amma şükür öhdəsindən gəldik. Xəstəxanadakı dəyərli həkimlərimizə sonsuz təşəkkürlər. Bu gün evə buraxıldıq, indi evdəyik, dincəlirik. Həyat müştərəkdir, növbə ilə bir-birimizi müalicə edirik. Pis adamlara rəğmən, daha heç nəyə görə narahat olma, Erdinç Gülənər. Allah bizə hər zaman can sağlığı, şəfa, rifah versin" deyə aktrisa paylaşımında qeyd edib.

Xatırladaq ki, aktrisa Deniz Uğur daha öncə aparıcı Reha Muhtar ilə ailəli olub. Onların bu evlilikdən iki övladı var. Cütlük 2010-cu ildə qalmaqallı şəkildə boşanmışdı.
 
 

Seçilən
0
3
7news.az

4Mənbələr