AZ

"Azərbaycanın enerji məhsullarına Avropanın çox böyük ehtiyacı var" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu gün Azərbaycan Avropa İttifaqının 3/1 ilə enerji təhlükəsizliyi sahəsində strateji mütəffiqliyə malikdir. Ölkəmizin bu gün Mərkəzi və Cənub Şərqi Avropa ölkələri arasında çox ciddi nüfuzu və reytinqi mövcuddur. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, daha əvvəllərdə dəfələrlə Mərkəzi və Cənub Şərqi Avropa ölkələrinin rəhbərləri Azərbaycanın qlobal rolunu xüsusi dəyərləndiriblər: "Ölkəmizin bu gün Avropanın enerji təhlükəsizliyində vacib bir fərqi olduğunu qeyd ediblər. Bu gündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun yüksək səviyyədə olması hamı tərəfindən qəbul edilən bir reallığı və gerçəkliyi ehtiva edir. Sonuncu olaraq Şimali Makedoniyanın prezidenti Davkovanın Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevlə görüşü zamanı verilən açıqlamalar bir daha onu göstərir ki, Azərbaycan təkcə geo-politik imkanlarına görə güclü bir ölkə deyil, eyni zamanda bu gün doğurdanda da Azərbaycanın enerji məhsullarına Avropanın çox böyük ehtiyacı var və biz bunu hər bir sahədə, hər bir mövqelərdə açıq-aydın görə bilirik.

Bu gün Cənub-Şərqi Avropa ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, eyni zamanda Azərbaycanın qlobal rolunun artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin güclənməsi, Azərbaycanın rolunu və gücünü növbəti dəfə nümayiş etdirir. Həmçinin Şimali Makedoniya prezidentinin Azərbaycana səfərində iki ölkə arasındakı münasibətlərin prespektivləri və gələcəyi ilə bağlı əldə edilən razılaşmalar da hesab edirəm ki, Azərbaycan Avropa münasibətlərinin yüksək göstəricilərindən biridir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
3
sia.az

1Mənbələr