AZ

Maliyyələşmə probleminə görə bu BOKT-un tenderi ləğv edildi

"Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Gəncə filialında dam örtüyünün quraşdırılması ilə bağlı elan etdiyi tender baş tutmayıb. 

Valyuta.az-ın məlumatına görə, bu qərarın əsas səbəbi layihənin maliyyələşdirilməsinin dayandırılması olub.

Qeyd edək ki, təxminən maliyyə dəyəri 75 min 178 manat olan  tender prosesi 30 iyul 2024-cü ildə saat 18:10-da elan edilib. Müsabiqəyə qatılmaq üçün təkliflərin son qəbul tarixi isə 26 avqust 2024-cü il, saat 15:00 olaraq müəyyən edilmişdi.

Lakin maliyyələşmənin dayandırılması səbəbindən tenderin keçirilməsindən imtina olunub.

Maya Hüseynova

Seçilən
4
valyuta.az

1Mənbələr