AZ

Albaniya Prezidenti: Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır

Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olan dostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlı əməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktur sahələrində özünü göstərir.

Milli.Az xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

Albaniya Prezidenti deyib: "Mən bu dostluq münasibətlərini xalqlarımızın rifahı naminə davam etdirməyə və möhkəmləndirməyə sadiqəm. Bu, gələcəyimizi vətəndaşlarımızla, qonşularımızla, coğrafi ərazi baxımından yaxınlıqdan asılı olmayaraq tərəfdaşlarımızla birlikdə qurmağa imkan verəcək. Bu foruma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platforma olduğuna görə təşəkkür edirəm".

Milli.Az

Seçilən
1
6
milli.az

6Mənbələr