“Milan” yayda növbəti baş məşqçi dəyişikliyinə gedə bilər.
“La Gazzetta dello Sport”un məlumatına görə, rəhbərlik Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirir. Hazırda 57 yaşlı mütəxəssis klubsuzdu. Alleqri 2010-14-cü illərdə “Milan”ı çalışdırıb. “Milan” onun başçılığı altında 2011-ci ildə çempionatda və İtaliya Superkubokunda qalib gəlib.
Komandanın hazırkı çalışdırıcısı Serjio Konseysaonun fəaliyyəti rəhbərliyi qane etmir. Komandaya 2024-cü ilin sonunda təyinat alan portuqaliyalı mütəxəssis ölkə superkubokunu qazansa da, “Milan” hazırda A seriyasında 28 oyuna 44 xal toplaya bilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta