Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Rusiya ilə mümkün yoldaşlıq görüşünün təşkili ilə bağlı məsələyə münasibətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Rusiya Futbol İttifaqından gələn təklifə verilən mənfi cavabın səbəbini AFFA-dan öyrənmək lazım olduğunu söyləyib.

"Bu, mənə veriləcək sual deyil. Məsələyə AFFA cavab verə bilər. Yoldaşlıq görüşləri keçirmək üçün çoxlu təkliflər gəlir. Bəziləri ilə razılıq əldə olunur, digərlərindən imtin olunur", - deyə 70 yaşlı çalışdırıcı vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə KİV-də Rusiya Futbol İttifaqının Azərbaycanla yoldaşlıq matçı keçirmək məqsədilə AFFA-ya müraciət ünvanlandığıı haqda məlumat yayılmışdı. AFFA ilə razılığa gələ bilməyən rusiyalılar rəqib qismində Qrenada (19 mart) və Zambiyanı (25 mart) seçiblər.