AZ

Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs planı təklif edib

Misir İsrailə və HƏMAS-a Qəzza zolağında nizamlanma ilə bağlı yeni təkliflər təqdim edib.

“Report” TASS-a xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Bu təkliflər 60 günlük atəşkəsi, qalan israilli girovların azad edilməsini və müharibəyə son qoyulması ilə bağlı danışıqların başlanmasını əhatə edir.

Mənbələr bildiriblər ki, HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası "ümidverici" olub, lakin İsrail hakimiyyəti hələ təklifləri öyrənir. İsrail vasitəçilərlə Misir planını müzakirə etmək üçün bazar ertəsi öz nümayəndə heyətini Qətərə göndərib.

"Misir planı əsas bəndlərinin amerikalılarla razılaşdırıldığı yeni yol xəritəsidir. Bu, Qəzzada atəşkəs rejiminin başa çatdığı martın 1-dən bəri içində olduğumuz dalandan çıxış kimi düşünülüb”, - mənbələrdən biri vurğulayıb.

Seçilən
0
1
report.az

2Mənbələr