AZ

Trampın məktubu Tehrana çatdı: Nə olacaq?

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp İrandakı molla rejiminin rəhbərliyinə məktub yazaraq, nüvə məsələsində danışıqlar aparmaq istədiyini bildirib. Tribunainfo.az xəbər verir ki, Ağ Evin rəhbəi açıqlamasında məsələnin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib.

Tramp bildirib ki, əks təqdirdə, hərbi vasitələrdən istifadə etməkdən başqa yolu qalmayacaq.

Dünən İranın XİN başçısı Abbas Əraqçı bildirib ki, Trampın yazdığı məktub artıq onlara çatıb. Məktubu Birləşmiş Ərəb Əmirliyinin vasitəçiliyi ilə onlara yetişdiriblər. “Biz həmin məktubu müzakirə edib, daha sonra açıqlama verəcəyik”.

Bu əsnada, İranın dini lideri Əli Xamineyi isə bəyan edib ki, ABŞ-la hər hansı danışıq aparılmayacaq. “ABŞ etibarsız tərəfdir. İndiyə qədər onlarla danışıqlar aparmışıq, lakin bunun heç bir nəticəsi olmayıb. Çünki sözlərinin üzərində dayanmayıblar”.

O qeyd edib ki, İran müharibə istəmir. “Lakin ABŞ hücum edərsə, bunu misli ilə cavabını alacaq”.

Xamineyi onu da deyib ki, İran din nüvə proqramını həyata keçiri və nüvə silahı hazırlamaq fikri yoxdur. “Əgər biz nüvə silahı hazırlamaq fikrində olsaydıq, ABŞ onun qarşısını ala bilməzdi. Buna gücləri çatmazdı”.

Seçilən
0
tribunainfo.az

1Mənbələr