AZ

WSJ: “Rusiya atəşkəsdən imtina edir”

AzVision.az xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Wall Street Journal (WSJ)” nəşrinə müsahibəsində belə deyib.

“Biz yalnız tam, hərtərəfli razılaşma əldə etdikdə hərbi əməliyyatları dayandıracağıq. Moskva müharibənin dayandırılması təklifinə böyük ehtiyatla yanaşır. Rusiyanın 2022-ci ilin yazında İstanbulda keçirilən əvvəlki sülh danışıqlarından təcrübəsi var. Onda Moskva və Kiyev sülh sazişi hazırladılar. Rusiya atəşkəs ərəfəsində “xoşməram jesti olaraq” qoşunlarını Kiyev və Çerniqov vilayətlərindən çıxardı. Lakin sonradan Kiyev sülh müqaviləsini imzalamaqdan imtina etdi”,- Andrey Kelin bildirib.

Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında aparılan danışıqlarda ABŞ Ukraynaya 30 günlük atəşkəs təklif edib. Kiyev buna Moskvanın da belə bir addım atması şərti ilə razılaşıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, atəşkəs Rusiya üçün də məna kəsb edir, lakin bunun“bir çox mənfi tərəfləri”də var. Bununla belə, o, Rusiya hakimiyyəti üzərində təsir rıçaqlarının olduğunu xatırladaraq, Moskvanın atəşkəsə razılaşacağına ümid etdiyini deyib.

- Mən maliyyə təzyiqinə əl ata bilərəm, bu da Rusiya üçün çox zərərlidir. Amma mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”,- ABŞ prezidenti vurğulayıb.

Avropa kəşfiyyatı Putinin niyyətini açıqlayıb
Ağ Ev ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun müvəqqəti atəşkəslə bağlı müzakirələr aparmaq üçün Moskvaya getdiyini bildirib. “Bloomberg” nəşrinin yazdığına görə, Uitkoff Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşəcək. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə bildirib ki, Vitkoffun səfərinin məqsədi Rusiya tərəfi ilə bu məsələdə razılığa gəlməkdir.

Bu arada, “Reuters” agentliyi Rusiyanın ABŞ-yə müharibəni dayandırmaq və Ukrayna ilə sülh bağlamaq tələblərinin siyahısını verdiyini yazıb.

“Bu tələblər Moskvanın əvvəllər Ukrayna, ABŞ və NATO-ya təqdim etdiyi tələblərə bənzəyir. O cümlədən, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsi, həmçinin Krımın və Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş dörd bölgəsinin tanınması onların arasındadır. Amerika və Rusiya tərəfləri son üç həftədir ki, bu tələbləri müzakirə edirlər”, - agentliyin mənbələri iddia ediblər.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı blogerlərlə söhbətində Ukrayna ilə bağlı Moskvanın mövqeyini birmənalı şəkildə açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr