Rusiya Ukrayna ilə atəşkəsə razı olmayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev məlumat verib.
Deputat hesab edir ki, 30 günlük fasilə yalnız ABŞ-a Ukraynanı yenidən silahlandırmağa və hərbi əməliyyatları yeni güclə bərpa etməyə imkan verəcək.
Bundan əvvəl Kiyev ABŞ-ın Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündən sonra əldə olunan müvəqqəti atəşkəs təklifi ilə razılaşıb.